Polis sahilyanı ərazilərdə profilaktik tədbirlər görür

Polis tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzərin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Avtosfer.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Səbail, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, respublikanın Xızı, Siyəzən, Xaçmaz və Lənkəran rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, qadağan olunmuş yerlərdə siqaret çəkilməsi, özbaşına tikinti işləri aparılması, meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsi halları müəyyən edilib.
“Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdığına görə 11, qadağan olunmuş yerlərdə siqaret çəkdiyinə görə 4, tullantı təyinatlı suları kənar yerə axıtdığına görə 6, özbaşına tikinti işləri apardığına, ağac və kolları zədələdiyinə görə isə 2 nəfər olmaqla ümumilikdə 23 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib”, - məlumatda vurğulanıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












