Polis taksi sürücülərini dayanacaqda cərimələdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dünən paytaxtda taksi sürücülərini cərimələyib. İdarənin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az saytına bildirib ki, DYP əməkdaşlarından ibarət qrup metronun «Neftçilər», «Koroğlu», «İnşaatçılar», «Əhmədli», «Xalqlar dotsluğu», «Qara Qarayev» və digər stansiyalarının ətrafında avtobus dayanacaqlarını zəbt edən 40-dan çox taksi sürücüsü aşkar edərək onlara qarşı inzibati protokol tərtib edib: «Avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərinin sayı çoxdur. Onlar dayanacaqlarda sıxlıq yaradır və bunun qayda pozuntusunu olduğunu bilə-bilə hər gün eyni səhvi təkrar edirlər. Bəzən avtobusların dayanacaqda saxlamaması və ya yolun hərəkət hissəsində dayanıb sərnihin düşürüb-mindirməsinin bir səbəbi də dayanacaqların taksilər tərəfindən zəbt olunmasıdır. Bəzən elə olur ki, eyni yerdə iki gün ard-arda reyd keçiririk və bir gün əvvəl cəzalandırıb cərimə yazdığımız taksi sürücüsünü yenə həmin yerdə dayanacaqda maşın saxladığı yerdə aşkar edirik. Bu o deməkdir ki, insanlar öz ciblərini və ətrafdakı insanlara yaratdığı problemi düşünmürlər».
Vaqif Əsədov onu da bildirib ki, belə sürücülərə qarşı tədbirlər davamlı olacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO













