Polis Yevlaxda əməliyyat keçirib - saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.
H. Mustafayevin ətrafında davam etdirilən tədbirlərlə narkotiki əldə etdiyi şəxs də müyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.
Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan hər 3 şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












