Polisdən növbəti narkotik əməliyyatı: külli miqdarda heroin, marixuana, tiryək...

Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün əməliyyatları davam etdirir. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, 1 ədəd beşbarmaq və 1 ədəd 3 tərəfi kəsici olan alət aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Xətai rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 100 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə 25 kiloqram 286 qram heroin, 5 kiloqram 156 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.
Xəzər RPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev tutulub.
Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin və metamfetamin aşkar olunub.
Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oradan 1 kiloqramdan artıq heroin götürülüb.
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyevin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 491 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












