Polisi avtomobilin altında əzdilər

Meksikanın Qerrero ştatında bir müddət əvvəl 43 tələbənin itkin düşməsi ilə əlaqədar baş qaldıran etirazlar ötən gün də davam edib. Çilpansinqo şəhərində itkin düşən tələbələrin xatirəsinə həsr olunmuş konsert planı etirazçıların qəzəbinə səbəb olub. Anspress-in məlumatına görə, bir qrup fəal yollarda barikadalar quraraq konsertin baş tutmasına qarşı əngəl olmağa çalışıblar. Polisin aksiyaya müdaxiləsi sonda qarşıdurmalarla nəticələnib. Qarşıdurmalar zamanı tərəflər bir-birilərinə qarşı güc tədbiq ediblər. Nəticədə 8-i polis əməkdaşı olmaqla 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır hesab olunur. Zorakılıqlar zamanı fəallardan biri avtomobilini polisin üzərinə sürüb. 5 polis əməkdaşı avtomobilin altında qalıb.
Sentyabr ayının 26-sında itkin düşən tələbələrin daha sonra öldürüldüyünə dair xəbərlər yayılmışdı. Kütləvi cinayətlə əlaqədar hadisənin baş verdiyi İquala şəhərinin meri də daxil olmaqla çoxlu sayda polis əməkdaşı həbs olunub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












