Polisi vurub qaçan «Porsche» sürücüsü generalın kürəkəni imiş –VİDEO

Bakının mərkəzində «Porsche» markalı avtomobillə yol polisinə qarşı kobudluq edən sürücü artıq 4 gündür həbsdədir. Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa özəl şirkətdə çalışır. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 25 yaşlı Əliağa Kürçaylı ədliyyə generalının kürəkənidir. Həmin sürücünün qayınanası isə yüksək instansiya məhkəməsində hakimdir. Müəyyən səbəblərdən onların adlarını açıqlamırıq. Çünki qayınana-qayınata kürəkənin əməlinə cavabdeh deyil. Sadəcə, bunu ona görə yazdıq ki, day-dayına arxayın olub yol hərəkəti qaydalarını pozanlar öz hesablarını bilsinlər ki, artıq heç kimə güzəşt yoxdur.
Dekabrın 4-də, axşam saatlarında Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində üzü Azneft dairəsi istiqamətində hərəkət məhdudlaşdırılsa da, Əliağa Kürçaylı “Porsche” markalı avtomobillə həmin istiqamətdə hərəkət etmək istəyib. Bu zaman Bakı şəhər DYPİ-nin əməkdaşı onun qarşısını kəsib və istiqaməti dəyişdirməyi tələb edib. Lakin sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək maşını onun üstünə sürüb və hərəkəti davam etdirib. Azneft dairəsində saxlanılacağını bilən sürücü Şövkət Məmmədova küçəsinə girərək yolun əksinə hərəkət etməklə 6 nömrəli məktəbin qarşısında Bəhram Gurun heykəlinin yanına çıxıb və hərəkəti davam etdirərək yayına bilib.
Lakin ertəsi gün polisin keçirdiyi axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylı saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib. Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb «Kristal Holl»da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi. Məhkəmədə özünü olduqca səmimi aparan Əliağa ifadə verərkən əməlindən peşman olduğunu deyib. Yaxın qohumları sayəsində cəzasız qalacağını zənn edən sürücü 15 sutka həbs qərarını eşitdikdə özünü itirib.
Elməddin
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










