Polisin 230 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırma başladı

Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Rauf Atakişiyevin külli miqdarda dələduzluq etdiyi iddia olunur. “Report” xəbər verir ki, bu barədə iddia Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında yer alıb.
Belə ki, “Huseynovasea” adlı profilin sahibinin iddiasına görə, polis müstəntiqi R.Atakişiyev onlardan dələduzluq yolu ilə 230 min manat pul alıb. Həmin şəxs bu barədə Baş Prokurorluğa şikayət etdiyini qeyd edib.
Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı vətəndaşın müraciəti əsasında hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır:
“Həmçinin bildirmək istəyirik ki, 01.09.2020-ci il tarixli müraciətiniz baxılması üçün Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə və Prokurorluqda İstintaqa Nəzarət İdarəsinə göndərilib. Nəticəsiz barədə sizə əlavə məlumat veriləcəkdir”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












