Polislə sürücülər arasında mübahisə - REYDDƏN VİDEO

"Təmiz hava" aylığı çərçivəsində Samuxda və Qazaxda reyd keçirilib.
Nasaz avtomobillər qəzalara səbəb olmaqla yanaşı həm də, atmosferi çirkləndirir. Sovet istehsalı olan maşınlarda belə hallara daha çox rast gəlinir. Bu cür avtonəqliyyat vasitələrini aşkara çixarmaq üçün reyd təşkil edilib.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, "Təmiz hava" aylığı çərçivəsində Samux rayon Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. Reyd vaxtı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib. Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərdən ixrac edilən dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.
Qazaxda aparılan yoxlamalar zamanı isə 40 avtomobil saxlanılıb ki, bunun da 20-də havaya atılan dəm qazının miqdarı normadan artıq olub. Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz edərək polisdən cərimə yazmamağı tələb ediblər. Bəziləri isə avtomobillərdə bu cür problemlərin yaranmasını yanacağın normaya uyğun olmamamsı ilə əlaqələndiriblər.
"Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












