Polislərlə əlbəyaxa olan sərxoş qadın sürücü həbs edildi - VİDEO

Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücünün hərəkətlərinə hüquqi qiymət verilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, polisə tabe olmayan M.K. ilə bağlı işə Xətai rayon Məhkəməsində baxılıb. O, inzibati qaydada 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 37-ci Polis Bölməsinin növbətçi hissəsinin iş rejimini pozmasını ağırlaşdırıcı hal kimi qəbul edib.
Həm də məlum olub ki, M.K.-nın idarə etdiyi KİA markalı avtomobil onun özünün yox, oğlan dostunun olub.
Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Belə ki, yol polisləri tərəfindən qayda pozduğü üçün saxlanılan KIA markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












