Politoloq: “Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir”

“Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir”.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Stanislav Pritçin deyib.
Ekspert qeyd edib ki, bu məsələ prinsipial əhəmiyyət daşıyır, çünki çox sayda mina, minalanmış ərazi və ümumiyyətlə, silah-sursat olduğu üçün bu gün dinc əhali ölür: “Bu, çox vacib və kəskin mövzudur. Ya xoşməramlılıq jesti olaraq, ya da digər məsələlərin müzakirəsi çərçivəsində mina sahələrinin xəritələri Azərbaycana verilməlidir. Ancaq bu problem həll edilməlidir”.
Ermənistanda keçiriləcək parlament seçkilərini şərh edən ekspert, yüksək ehtimalla, Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının seçkilərdə qalib gələcəyini vurğulayıb: “Reytinqə görə, Paşinyan hökumətə nəzarəti əlində saxlayacaq. Ermənistanın atəşkəs bəyanatındakı öhdəliklərinə riayət edib-etməyəcəyi seçkilərin nəticələrindən asılı olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












