"Prezident Heydər Əliyev" tankeri əsaslı təmir olunub

“Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.
Gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından keçib və istismara qaytarılıb.
Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi QSC-nin Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












