Prezident: "İlk uğurlar münasibətilə xalqı və ordunu təbrik edirəm"

“Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib və əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.
“Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir də demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində heç bir hədəfi yoxdur, ancaq öz torpaqlarımızı işğalçılardan azad edəcəyik”, - Ali Baş Komandan əlavə edib.
Daha sonra Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə cəbhədəki vəziyyətlə bağlı məruzə edib. Nazir 7 kəndin düşməndən azad edildiyini bildirib.
Prezident İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












