Prezident yeni açılan yolda avtomobil sürdü – FOTOLAR

Prezident İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Avtomobil yolunun bərpasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Layihəyə uyğun olaraq 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılıb.
Dövlət başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə edib. Sonra Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gəlib.
Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması layihəsi əsasında dövlət başçısına məlumat verib. Bildirilib ki, 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaq. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.
Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocasən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaq. Prezident İlham Əliyevə mövcud körpülərin və yenidən qurulacaq yolun texniki göstəriciləri barədə məlumat verilib. Qeyd edildi ki, yolun tikinti sahəsində yerləşən bütün kommunikasiya xətlərinin, həmçinin yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi məsələsi də həll olunur.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI

















