Prezidentin köməkçisi: "Düşmən yerinə otuzdurulur" - FOTO

“Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu barədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirir və ordumuz bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir:
“Erməni təxribatının qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Bu əməliyyatların təfərrüatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir.
Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verilib. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.


Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












