Prezidentin mətbuat katibinin qayda pozmasına rəsmi reaksiya

"Avtomobildə kimin olmasından asılı olmayaraq, yol hərəkət qaydasını sürücü pozub. Avtomobildəki sərnişin qayda pozan sürücünün məsuliyyətini daşımır”. Bu sözləri Axar.az Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Prezident Administrasiyasına məxsus 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobilin İstiqaliyyət küçəsində yol hərəkəti qaydasını kobud şəkildə pozmasını əks etdirən video ilə bağlı açıqlama verərkən bildirdi. K.Əliyev qeyd etdi ki, avtomobili sürücü idarə etdiyi üçün bütün məsuliyyət də onundur: "Avtomobili idarə edən sürücü əgər əks yola çıxmaqla ötmə əməliyyatı aparırsa, İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsi ilə məsuliyyət daşıyır. Cərimə isə 60 manat və 3 balla qiymətləndirilir. Yox, əgər qarşı hərəkət zolağına əks istiqamətdə nəqliyyat axınının qarşısına çıxmaqla hərəkət edirsə, bu 151.3-1 maddəsi ilə cərimələnir. Bunun miqdarı isə 100 manatdır və 4 balla qiymətləndirilir. Bu qayda pozmanın məsuliyyətini sürücü özü daşıyır. Çünki maşın onun ixtiyarındadır. Avtomobildə olan sərnişin bunun məsuliyyətini daşıya bilməz. Bu sırf yol hərəkəti qaydasının pozuntusudur. Burada avtomobildəki sərnişini cəzalandırmağa, onu cərimələməyə ixtiyarımız yoxdur”.
K.Əliyev həmçinin onu da bildirdi ki, yayılan videonun montaj olub-olmadığı da dəqiq deyil: "Bu, xüsusi hazırlanmış video da ola bilər. Həmin videonun həqiqətən montaj olub-olmadığı da aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Prezident Administrasiyasına məxsus 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobilin İstiqaliyyət küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən video yayılıb. Məlumata görə, maşın Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun istifadəsindədir.
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF











