Prezidentin tıxacda qalmasına görə cəzalanan generalla bağlı açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, idarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb: “Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.
Qeyd edək ki, virtualaz.org saytı Həsən Şirinovun prezidenti müşayiət etmək hüququndan məhrum olması ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, hadisə dekabrın 26-da prezidentin korteji metronun “Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib. Prezident İ.Əliyevin korteji isə tıxacda qalıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












