Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA

Qaytarılmayan kreditlərlə bağlı yeni mexanizmin hazırlanması gündəmdədir.
Avtosfer.az xəbər verir ki, yeni qaydalara əsasən, müəyyən hallarda kredit risklərinin sığortalanması hesabına ödənilməyən borcların üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulur. Bu mexanizmin hansı hallarda tətbiq ediləcəyi, vətəndaşlara hansı üstünlükləri və əlavə öhdəlikləri yaradacağı isə müzakirə olunan əsas məsələlərdəndir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşın işsiz qalması ilə bağlı sığorta mexanizmi tətbiq edilərsə, bu, bütün hallarda işini itirən hər kəsə şamil olunmayacaq:

"Burada əsas şərtlərdən biri iş yerinin vətəndaşın təqsiri olmadan bağlanması və ya əmək münasibətlərinə onun iradəsindən kənar xitam verilməsi kimi hallar ola bilər. Bununla belə, vətəndaş nəzərə almalıdır ki, bu növ sığorta əlavə ödəniş tələb edəcək. Necə ki, avtomobil sığortası zamanı sığorta haqqı ödənilir və sığorta hadisəsi baş verdikdə müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödəniş edilir, işsizlik sığortasında da eyni prinsip tətbiq olunacaq. Sığorta əldə etmək risklərin tam aradan qalxması demək deyil. Sadəcə, müəyyən risklər müqavilə əsasında sığorta şirkətinin üzərinə keçirilir. Sığorta şirkəti isə bu riski qiymətləndirəcək, şəxsin işsiz qalma ehtimalını, çalışdığı sahəni və digər meyarları nəzərə alaraq sığorta haqqını müəyyən edəcək. Bu səbəbdən vətəndaş hər ay müəyyən məbləğdə sığorta haqqı ödəməli olacaq. Bu, icbari tibbi sığorta və ya könüllü sığorta mexanizmlərində olduğu kimi, əlavə maliyyə öhdəliyi yaradır".
İqtisadçı qeyd edib ki, bu məhsul sığorta şirkətləri üçün yeni satış imkanı, banklar üçün isə kredit risklərinin azaldılması baxımından üstünlük hesab oluna bilər:
"Vətəndaş üçün isə həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhəti odur ki, təqsiri olmadan əsas iş yerini itirdiyi halda sığorta şirkətindən ödəniş ala bilər. Mənfi tərəfi isə bu təminatdan yararlanmaq üçün mütəmadi olaraq sığorta haqqı ödəməli olmasıdır. Ümumilikdə, belə bir mexanizmin tətbiqi düzgün tənzimləndiyi halda həm maliyyə bazarına, həm də vətəndaşların sosial müdafiəsinə müsbət təsir göstərə bilər".
Fatimə
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










