Professor: “Virus yenidən aktivləşir, qapanma qaçılmaz ola bilər”

Koronavirus yoluxmalarının sayının artmasının əsas səbəbi kimi karantin tədbirlərinin yumşaldılması və əhalinin arxayınlaşmasını göstərmək olar. Restoranların və digər iaşə obyektlərinin açılması, insanların o məkanlarda toplaşması da bu məsələdə rol oynaya bilər. Artıq o da məlumdur ki, Türkiyə və digər ölkələrdə virusun daha sürətli yoluxuculuq xüsusiyyətlərinə malik olan yeni ştammları ortaya çıxıb.
Bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Professor bildirib ki, aparılan tədqiqatlar mutasiya olunmuş virusun ölkəmizə gəldiyini göstərmir:
“Gələcəkdə bu virusun Azərbaycanda müşahidə olunması istisna olunmur, lakin hazırda belə bir ştamm qeydə alınmayıb. Odur ki, insanlara daha diqqətli olmağı, qaydalara məsuliyyətlə yanaşmağı tövsiyə edirəm. Əks halda karantinin sərtləşdirilməsi yenidən gündəmə gələcək. Pandemiya dünyada davam edir, zaman-zaman qapanmaların olması qaçılmazdır. Bu məsələdə insanların qoyulan tədbirlərə necə riayət etməsi də rol oynayır”.
A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə vaksinasiya işləri sürətlə davam edir:
“Vaksin olunmuş şəxslərin artması xəstəliyin ağır gedişinin qarşısını alacaq. Eyni zamanda yoluxma sayının əhəmiyyətli dərəcədə azalmasına təsir edəcək. İlk aylarda vaksinə münasibət birmənalı olmasa da, artıq insanlar onun vacibliyini anlayıb. Könüllü şəkildə hər kəs vaksin vurdurmaq istəyir. Hazırda vaksinasiyanın ikinci mərhələsi həyata keçirilir.
Birinci mərhələdə vücuda inaktivləşdirilmiş virus vurur və immuniteti onunla tanış edirik. İkinci mərhələdə isə artıq immun hüceyrələr virusu tanıdığı üçün daha aktiv şəkildə hərəkət edir”.
Alimin sözlərinə görə, ekologiyanın dəyişməsi, dünyanın qloballaşması, təbiətin çirklənməsi gələcəkdə digər infeksiyaların da ortaya çıxması üçün böyük bir təhlükə yaradır:
“Müəyyən müddət sonra müxtəlif infeksiyaların növbəti pandemiyaların yaranmasına səbəb olacağı gözləniləndir. Odur ki, indiki şəraitdə hərbi təhlükəsizlik ilə yanaşı, səhiyyə sistemi etibarlı olmalıdır. Səhiyyə güvənliyini təşkil edən ayrı-ayrı xəstəxanalar deyil, dövlətin tabeliyində olan elmi-tədqiqat institutlarıdır. Elmi-tədqiqat institutları dünyanın hər yerində dövlətin nəzarəti altında və dəstəyi ilə çalışır. Hesab edirəm ki, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi son dərəcə önəmlidir. Strateji addım olmalıdır. Hər an hər hansı təhlükə ola bilər. Belə elmi mərkəzlərin olması dövlətin təhlükəsizliyini təmin edir. Vətən müharibəsində düşmən bizə qarşı qadağan olunmuş silahlardan istifadə etdi. Dövlətlər gizli saxlasa da, özləri bioloji silahlarını hazırlayır. Belə vəziyyətdə hazırlıqlı olmalıyıq.
O da ola bilər ki, ikinci vaksinasya yetərli olmasın. Hətta mərhələli şəkildə üçüncü və dördüncü vaksinasiyanın da aparılması ola bilər. Bu durumda vaksinlərə ehtiyac daha da arta və vaksin istehsalı bir biznesə çevrilə bilər. Belə olan halda bu işi hansı ölkənin vicdanla yerinə yetirəcəyi sual altındadır”.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










