Prokurorluq avtobus sürücüsünə ağır cəza istəyir

Bakı Apelyasiya Məhkəməsində iki nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun barəsində verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, yol- nəqliyyat hadisəsi keçən il avqustun 14-də Sabunçu qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.
Elçin Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Kazımov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluqda onun cəzasının ağırlaşdırılması barədə apelyasiya protesti verib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elçin Kazımovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra tərəflərin şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












