«Protiv» gedib piyadanı öldürən avtobus sürücüsü tutuldu – FOTO

Bakıda «Dərnəgül yolu» kimi tanınan Ziya Bünyadov prospektində dəhşətli qəza törədən avtobus sürücüsü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, hazırda hadisənin başvermə səbəbləri dəqiqləşdirilir. İlkin ehtimala görə, təxminən 50-60 yaşlı arasında olan kişi səkidə dayanıbmış. O, yolu keçərkən soldan gələn maşınlara diqqət edirmiş. Bu zaman yolu «protiv» gələn 82 nömrəli avtobusu görməyən piyada faciə ilə üzləşib. Avtobus onun ayağını vurub. Kişi zərbənin təsirindən avtobusun təkərinin altına düşüb. Onun meyidi uzun müddət avtobusun təkəri altından çıxarıla bilməyib. Avtobusun qanlı təkərləri isə asfalt üzərində iz qoyaraq görənləri dəhşətə gətirib. Məsələ ilə əlaqədar Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov anspress-ə bildirib ki, hazırda hadisə ciddi şəkildə araşdırılır. Qurum rəsmisinin sözlərinə görə, qəza törədən 82 saylı avtobusun sahibkarı ciddi şəkildə cəzalandırılacaq. “Çox güman ki, avtobus xətti sahibkarın əlindən alınacaq. Əgər kimsə avtobus işlədə bilmirsə, getsin başqa işlə məşğul olsun. İnsanların həyatı bahasına pul qazanmaq olmaz! Bundan sonra qəza törədən avtobusun sürücüləri ilə yanaşı sahibkarlar da ciddi şəkildə cəzalandırılacaq. Sahibkarlara daha ağır cəzalar verilməlidir!”, - deyə Elçin Nəsirov bildirib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













