Pullu yol nə vaxt hazır olacaq? - VİDEO

Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib.
Avtosfer.az-ın məlumatına görə, ümumi uzunluğu 150 km. olan layihə üzrə işlər 5 hissədə aparılır. Magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Digər 4 hissədə isə -120 km-lik məsafədə işlər davam etdirilir. Yeni yol ödənişli yolların standartlarına uyğun salınır. Magistralda sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola maneənin çıxmasının qarşısını almaq məqsədilə hər iki tərəfdən çəpərlənmə işləri də aparılır. Həmçinin yol boyu 55 yolötürücüsü və körpü tikilir. Ödənişli yol istifadəyə verildikdən sonra sürücülərə alternativ imkan yaratmaq üçün paralel olaraq köhnə Bakı-Quba yolunun da təmiri aparılır. Yolun 16-30-cu kilometrliyində işlər tam yekunlaşıb. Hazırda 30-cu kilometrlikdən başlayaraq Tağıyev qəsəbəsi istiqamətində yolun enlənməsi, ardınca isə asfalt-beton örtüyü ilə döşənməsi işləri həyata keçirilir. Həmçinin yol çiyinləri və zəruri yerlərdə keçidlər inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, köhnə Bakı-Quba yolunun da birinci texniki dərəcəyə uyğun təmir edilməsi, üçqat asfalt beton örtüyünün döşənməsi nəzərdə tutulur. Sumqayıtdan başlayaraq ümumilikdə 16 km-lik məsafədə genişləndirilmə işləri görüləcək. Həm ödənişli yolda, həm də köhnə Bakı-Quba yolunda layihə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.
Videomaterialı təqdim edirik:
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












