Qadağan olunmuş yerdən yol keçən piyadanın sonu – FOTOLAR

Bakının Səbail rayonunda qadağan olunmuş yerdən yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, hadisə Bayraq Meydanının yaxınlığında qeydə alınıb.
Piyada keçidindən istifadə etməyən 20-25 yaşlarında oğlanı 90-HX-097 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobil vurub. Piyada hadisə yerindəcə keçinib. Olay yerinə Səbail Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, “İnfiniti”nin sürücüsü yola təyin olunmuş 60 km/saatlıq sürəti həddini aşıb. Piyada isə yaxınlıqdakı yeraltı keçiddən istifadə etməyib, yolu yüyürərək keçmək istəyib. Ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün ifadəsi alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Hələlik şəxsiyyəti müəyyən edilməyən piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparılıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















