Qadın sürücülər tərəfindən bir gündə iki qəza törədildi - FOTO

Bakının Yasamal rayonunda 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Hadisə "Alov Qüllələri"nin yaxınlığında qeydə alınıb. Qadın sürücü idarə etdiyi "Honda" markalı avtomobillə əvvəlcə dayanacaqda dayanan "London taksi"sini, daha sonra isə "VAZ 2109"u vurub. İdarəetməni itirən sürücü maşını yaxınlıqdakı binanın mühafizə köşkünə çırpdıqdan sonra dayandıra bilib. Zərərçəkən sürücü Şamil Əliyevin sözlərinə görə, qəza qadın sürücünün diqqətsizliyi ucbatından baş verib. Qəza ilə bağlı yolda sıxlıq yarandığından avtomobillər evakutaor vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qadın sürücü tərəfindən daha bir qəza Ucar rayonunda törədilib. Hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonun Pirkənd kəndindən keçən hissəsində baş verib. Şəmkir rayon sakini, 1958 ci il təvəllüdlü Şəfiyeva Ofeliya Fuad qızı idarə etdiyi "KİA" markalı avtomobilin idarəetməsini itirib və maşın aşıb. Nəticədə sürücü və onun sərnişini, Şəmkir rayon sakini 1992-ci il təvəllüdlü Yadigarlı Şəbnəm Turan qızı ağır xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















