Qadını öldürüb maşını ələ keçirən şəxs Rusiyada tutuldu

Bakı şəhər Baş Polis İdarəsi Xəzər rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Avtosfer.az-a verilən məlumatda bildirilir ki, 13 fevral tarixdə saat 15 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi dəniz kənarı yaşayış sahələrinə gedən qumluq yolda 15 bıçaq xəsarətləri ilə qətlə yetirilmiş naməlum qadın meyidi aşkar olunub. Hadisə yeri polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə müayinə olunub, naməlum qadının şəxsiyyətinin müəyyən olunması istiqamətində müvafiq istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, bir gün sonra, 14 fevral tarixdə qətlə yetirilmiş şəxsin 1968-ci ildə Oğuz rayonunda anadan olmuş, Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Rzayeva Xatirə Saməddin qızı olması müəyyən olunub. Ona məxsus “Mersedes A 160” markalı avtomaşın Xəzər rayonu Şağan qəsəbəsi ərazisində, meyid aşkar olunduğu ərazidə 4-5 km aralıqda atılmış vəziyyətdə tapılıb. Faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib, mərhum Xatirə Rzayevanın həyat tərzi, əlaqədə olduğu şəxslərin dairəsi dəqiqləşdirilib, qətl hadisəsinin 1974-cü il təvəllüdlü Süleymanov Əmri Tofiq oğlu tərəfindən törədilməsi müəyyənləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Əmri Süleymanovun respublika ərazisini tərk etməsinə baxmayaraq, qonşu ölkədə saxlanılıb. Cinayət hadisəsi ilə əlaqədar istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Elmin
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO










