Qadınlarla kişilər arasında maaş fərqi: Əmək Məcəlləsindəki dəyişiklik bərabərliyi səbəb olacaq? - AÇIQLAMA

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və əmək bazarında ədalətli maaş sisteminin qurulması cəmiyyətin sosial-iqtisadi inkişafı üçün mühüm amillərdən biridir. Qadınların müxtəlif peşə sahələrində kişilərlə bərabər şəkildə təmsil olunması və onların əməyinin layiqincə qiymətləndirilməsi ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, sosial ədalətin bərqərar olmasına da töhfə verə bilər. Buna baxmayaraq, bir çox sektorda hələ də qadınlarla kişilər arasında əməkhaqqı fərqi müşahidə edilir.
Bəs bu maaş fərqi nə dərəcədə hiss olunur və onun aradan qaldırılması üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı statistik göstəricilərə görə əməkhaqqında təxminən 31%-lik fərq mövcuddur:

“Lakin bu fərq eyni vəzifədə çalışan qadınlara kişilərdən daha az maaş ödənilməsi ilə bağlı deyil, ümumi orta göstəricidir. Əsas səbəblərdən biri odur ki, qadınlar ənənəvi olaraq daha aşağı maaşlı yüngül sənaye sahələrində çalışırlar, kişilər isə daha ağır və zərərli işlərdə işlədiklərinə görə əməkhaqqında fərqlər yaranır.
Bu fərqin azaldılması üçün müxtəlif ölkələrdə müxtəlif tədbirlər görülür. Azərbaycanda da əvvəllər 674 iş yerində qadınların işləməsi qadağan olunmuşdu. Bu qadağa onların reproduktiv sağlamlığını qorumaq və analıq hüquqlarını müdafiə etmək məqsədi daşıyırdı. Həmin məhdudiyyət Əmək Məcəlləsində öz əksini tapmış və Nazirlər Kabinetinin 170 saylı qərarı ilə təsdiqlənmişdi.
Lakin beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq Əmək Məcəlləsinə dəyişiklik edilib və 2023-cü ilin may ayında Nazirlər Kabinetinin 170 saylı qərarı ləğv edilib. Hazırda qadınlar kişilərlə bərabər zərərli və ağır iş yerlərində çalışa bilərlər. Bununla belə, 204 iş yeri üçün müəyyən məhdudiyyətlər qüvvədə saxlanılıb. Belə ki, hamilə qadınlar və bir yaşına qədər uşağı olan analar bu kateqoriyaya aid işlərdə çalışmamalıdır. İşəgötürənlər onları başqa işə keçirməli və əməkhaqqını eyni səviyyədə saxlamalıdırlar.
Sahib Məmmədov əlavə olaraq bildirib ki, bu məhdudiyyətlərin aradan qaldırılması gözlənilir ki, qadınların əmək bazarında daha geniş təmsil olunmasına, daha yüksək maaş almasına və ağır iş yerlərində çalışmasına imkan yaradacaq:
“Bu yanaşma beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, ölkəmizdə də gender bərabərliyinin təmin olunmasına töhfə verəcək”.
Eltac Zülfüqaroğlu
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı










