Qalmaqallı “Bentley” axtarışda imiş...

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı maraqlı faktlar ortaya çıxıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, rektorun qızı Ülkər İsaxanlının yaxın münasibəti olduğu qardaşlar Bakıda xeyli məşhurdurlar. Onlar şəhərin ən dəbdəbəli yerlərində əylənir və tez-tez xarici ölkələrə səyahət edirlər. Qardaşlar – Zaur və Elin Məmmədovların küçənin ortasında xuliqanlıq hərəkətləri etməsi birinci hal deyil.
Məlumata görə, onlar idarə etdiyi avtomobillərlə də Bakıda asayişi tez-tez pozurlar. Təkcə rektorun qızının döyülərək aparıldığı 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobilin qeydə alındığı cərimələri araşdırsaq bunun şahidi olarıq. Əldə etdiyimiz məlumata görə, təkcə ötən il bu avtomobilin qeydə alınan radarlarının, kobud qayda pozuntularının sayı 200-dən çoxdur. Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır.
Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atası – Məmmədov Muxtar Şirinoviçə verib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












