Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
Keçirilən tədbir zamanı Lənkəran rayonu Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Liman şəhər sakini R.Zərbiyev saxlanılıb.
Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. R.Zərbiyevin təbiətə 1 056 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












