Qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbir zamanı Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.
Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











