Qapanlı boşaldılmayıb: kənd toya hazırlaşır

Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhali yerindədir, kənd gündəlik, adi həyatını yaşayır. Kəndin camaatı yayılan xəbərlərin yalan olduğunu və təxribat xarakteri daşıdığını bildiriblər. Dünən gecə Rayon İcra Hakimiyyətinin başçısı kənddə olub, əhali ilə görüşüb. Bu gün isə ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə görüşüb. APA-nın görüşdə iştirak edən əməkdaşının bildirdiyinə görə, Z. Rüstəmov deyib ki, əvvəlki günlərə nisbətən ötən gecə sakit keçib. Ötən gecə ciddi gərginlik və düşmənin diversiya-təxribat həmlələrinin qeydə alınmadığını söyləyən Z. Rüstəmov bunu əvvəlki günlər ərzində hücum cəhdlərinin qarşısı alınarkən düşmənin çoxsaylı itki verməsi ilə əlaqələndirib. O, əhalini təşvişə düşməməyə, təxribatçı, yalan məlumatlara uymamağa çağırıb, hərbçilərimizin onların keşiyində ayıq-sayıq dayandıqlarını, vəzifə borclarını layiqincə yerinə yetirdiklərini vurğulayıb.
Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov da bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da, heç kim kəndi tərk etməyib: “Düşmənin postlarımızı, kəndi, əhalini atəşə tutması halları son günlər artsa da, əsgərlərimiz cavab atəşi erməniləri susdurub. Kəndi heç kim tərk etməyib. Hətta toya hazırlaşırıq. Bu günlərdə kənddə iki toy olacaq”. Bələdiyyə sədri Qapanlı kəndinin adi həyatına davam etdiyini də sözlərinə əlavə edib.
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB










