"Qapanmalara getməliyik deyən hər kəs sussun!" - Tanınmış teleaparıcı

"Qapanmalara getməliyik, sərt karantin rejimi bərpa olunmalıdır və s." deyən hər kəs sussun, getsin özünü qapatsın!"
Avtosfer.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, sərt karantinin nəticələri daha ağırdır:
"Düz bir ildir, qapanmışıq, uğursuz nəticə göz qabağındadır. Demək ki, tədbirli şəkildə, normal həyat tərzini davam etdirməklə bu, zəhrimar virusla mübarizə metoduna keçmək lazımdır. Dövlət öz tədbirini görsün, amma məsuliyyəti cəmiyyətlə də bölüşsün. Qapanmaq virusdan qoruya bilər, amma işsizliyin, yoxsulluğun, çarəsizliyin və bekarçılığın yaratdığı mənəvi, psixoloji problemlərin əsas səbəbidir. Nəticəsi isə virusdan qat-qat ağır və dağıdıcıdır. Cəmiyyət üçün də, elə dövlətin özü üçün də.
Sərt karantin rejiminə getmək, qapanmalar çarə deyil, olmayacaq da. Bir daha vurğulayıram, insanlar bu virusla, məsuliyyəti öz üzərinə götürərək yaşamağı öyrənməlidirlər. Hətta artıq öyrəniblər. Dövlət isə gedişatı izləyib öz tədbirlərini görməlidir. Virusa yoluxanların sürətli və effektiv müalicəsini təşkil etməlidir, peyvəndlənməni davam etdirməlidir. Başqa çıxış yolu yoxdur!
Yox, OQ qapanmalara gedəcəksə, onda dövlət də zəhmət çəkib növbəti dəfə əlini cibinə salsın. Orta və kiçik biznesə real dəstək olsun, maddi sıxıntı çəkən hər bir vətəndaşın minimal xərclərini birbaşa, qeyd-şərtsiz ödəsin. Yox, "bu mümkün deyil, dövlətin yükü həddindən artıq çoxdur" deyiriksə, o zaman insanları rahat buraxmaq, işləyib özünü dolandırmasına şərait yaratmaq lazımdır.
Vəssalam!"
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












