Qar, buz və çovğun səbəbindən Bakı-Şamaxı yolu bağlanıb

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti xeyli çətinləşib.
Avtosfer.az-ın xəbərinə görə, hazırda Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən çovğun və buzlaşma nəticəsində çoxlu sayda avtomobil yolda qalıb. Güclü küləyin dağlardan gətirdiyi qar yolun hərəkət hissəsini tamamilə örtüb, buzun üstündə sürüşən avtomobillərin hərəkəti dayanıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün bu gün saat 13:30 radələrindən Bakı-Şamaxı yolunun Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazilərində postlar quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir. Lakin, çovğun səbəbindən magistral yolun böyük hissəsini qar və buzdan təmizləmək mümkün olmadığı üçün nəqliyyatın hərəkəti dayandırılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












