Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlanıb - FOTO

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb. Avtosfer.az-ın xəbərinə görə, hazırda bu yolda qarın qalınlığı 5-10 santimetr təşkil edir, çovğun və buzlaşma nəticəsində 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb.
Hazırda DYP əməkdaşları sürücülərə İsmayıllı yolunda hərəkətin çətin olduğunu bildirirlər. Avtomobillər Şamaxının Muğanlı dairəsindən və İsmayıllı şəhərindən geri qayıdaraq alternativ yola üz tuturlar. Hazırda ərazidə qar yağır, yolun təmizlənməsi işi ləngiyir. Bundan əlavə güclü külək dağlardakı qarı avtomobil yoluna gətirib, hərəkət hissəsini tamamilə örtüb, avtomobillərin hərəkəti dayanıb. Bir çox avtomobillər yoldan çıxaraq kənarda hərəkətsiz vəziyyətdə qalıb.
Ağır texnikaların köməyi və əl əməyi ilə kənarda qalmış avtomobillərin işə salınması üçün işlər görülür. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.
Bundan əlavə, İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür. Bu yolların axşam saatlarında tamamilə buz bağlayacağı və gecə səhərədək avtomobillərin hərəkəti üçün çox təhlükəli olacağı gözlənilir. Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO


















