“Qarabağ” üç cavabsız qolla ardıcıl yeddinci dəfə avrokubokların qrup mərhələsində

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb. Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün meydana çıxdığı oyundarəqibinə darmadağınla qalib gəlib.
Ağdam təmsilçisi 3 cavabsız qolla qələbəni və qrup mərhələsinə vəsiqəni təmin edib.
UEFA Avropa Liqası
1 oktyabr
“Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3
Qollar: Patrik Andrade, 50, Zubir, 62, Ozobiç, 70
Baş hakim: Tobias Ştiler (Almaniya)
Varşava. “Voyska Polskieqo” stadionu
23:29
“Qarabağ” 70-ci dəqiqədə Filip Ozobiçlə hesabı böyük fərqə çatdırdı – 3:0
23:28
“Qarabağ” 62-ci dəqiqədə Abdulla Zubirlə hesab arasındakı fərqi ikiyə çatdırdı – 2:0.
23:11
“Qarabağ” 50-ci dəqiqədə Patrik Andradenin qolu ilə hesabı açdı. Komandamız Varşavada 1:0 qalib gəlir.
23:04
UEFA Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununda ilk hissədən sonra hesab açılmayıb.
22:01
UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununda üz-üzə gələcək Polşanın “Legiya” və Azərbaycanın “Qarabağ” komandalarının heyətləri açıqlanıb.
UEFA Avropa Liqası
1 oktyabr
22:00 “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Ştiler (Almaniya)
Varşava. “Voyska Polskieqo” stadionu
“Legiya”: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart
Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas
Baş məşqçi: Çeslav Mixneviç
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
08:50
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşacaq.
Komandamız ardıcıl Avropa Liqasının qrup mərhələsinə düşmək üçün mütləq şəkildə bu rəqibini məğlub etməlidir.
Oyun Polşanın paytaxtı Varşavada baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
UEFA Avropa Liqası
1 oktyabr
22:00 “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Ştiler (Almaniya)
Varşava. “Voyska Polskieqo” stadionu
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










