Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq - Anar Quliyev

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Anar Quliyev qeyd edib ki, sözügedən iqtisadi rayonlar yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Bu istiqamətdə həyata keçirilən mütərəqqi quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, eləcə də regionlararası balansın daha səmərəli formalaşmasına müsbət təsir göstərəcək.
Komitə sədrinin sözlərinə görə, əsas prioritet istiqamətlərdən biri investisiyaların innovativ sahələrə yönləndirilməsidir.
“Bu gün kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların tətbiqi həmin sektorlarda gəlirliliyi 35-40 faizə qədər artıra bilər. Hesab edirəm ki, yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektoruna tətbiqinin şahidi olacağıq”, – deyə Anar Quliyev vurğulayıb.
Anar Quliyev əlavə edib ki, innovativ yanaşmalar regionda rentabelliyin yüksəlməsinə və qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












