Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib

Dağlıq Qarabağda yerli əhalinin, eyni zamanda hərbi qarnizon personalının ailələrinin Ermənistan ərazisinə kütləvi təxliyəsi davam edir. Ermənilər əşyalarını, əmlaklarını, evlərini, mal-qarasını ataraq qaçırlar.
Armiya.az xəbər verir ki, evlərini tərk edərək qaçan Qarabağ ermənilərinin və erməni hərbçilərinin ailələrinin, xüsusən Xankəndi və Ağdərədəki evləri heç də uzun müddət boş qalmayıb, tezliklə orada Eçmiədzindən olan soyğunçular peyda olub.
Sosial şəbəkələrin erməni seqmentində yayımlanan məlumatlara görə, təpədən dırnağa qədər silahlanmış soyğunçular, orada qalmış az sayda sakinlərə özlərini “Ermənistandan olan xilaskarlar” yaxud “Livan erməniləri” kimi təqdim edərək evlərə girib əşyaları oğurlayır və qaçırdıqları yük maşınlarına yükləyirlər.
Onlar əmlakın qarət edilməsi məqsədi ilə yerli sakinləri qətlə yetirməkdən də çəkinmirlər.
Qarabağı tərk edərkən sözügedən qarətçilərlə erməni hərbçiləri arasında silahlı qarşıdurma da baş verib.
Silahlı toqquşma nəticəsində bir neçə soyğunçu yaralanıb, öldürülənlər var.
Öldürülənlərin şəxsiyyətlərini müəyyən edərkən maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, bu şəxslər keçmiş başçıları Manvel Qriqoryana sadiq qalan, Eçmiədzində fəaliyyət göstərən "Yerkrapa” adlanan qruplaşmasının keçmiş və hazırkı üzvləridir. Bildiyimiz kimi, bu qruplaşmanın üzvləri Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra da talançılıqla məşğul olublar.
Dindirilmə zamanı sağ qalan soyğunçular Manvel Qrigoryan və oğlu, Eçmiədzinin keçmiş meri Karen Qriqoryanın əmri ilə Qarabağa gəldiklərini etiraf ediblər.
Bəzi məlumatlara görə, sürətlə boşaldılan Qarabağda Ermənistandan gəlmiş və Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına tabe olan bir neçə soyğunçu dəstə fəaliyyət göstərir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












