“Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur”

“Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur, ancaq sualtı daşlar var”.
Bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib.
S.Pritçin deyib ki, fors-major vəziyyəti mümkündür: “Ümumilikdə, geopolitik güclər, hərbi-strateji diplomatik, beynəlxalq-hüquqi vəziyyət hərbi əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır. Optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bəli, bu, bu gün bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”. (APA)
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












