“Qarabağın işğalına kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.
Ərdoğan qeyd edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











