Qarlı havalarda bu avtomobillərlə yola çıxmaq təhlükəlidir - Mütəxəssis
Ölkə ərazisində dünəndən başlanan kəskin hava şəraiti səlahiyyətli qurumların dəfələrlə sürücülərə müraciət etməsinə səbəb olub. Müraciətlərdə avtomobilin hava şəraitinə uyğunlaşdırılması tövsiyə olunub.
Bəs, belə havalarda nəqliyyat vasitəsini idarə etmək üçün avtomobillər hansı göstəricilərlə malik olmalı, nələrlə təchiz edilməlidir?
Mövzu ilə bağlı danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə qarlı havalarda ömrünü başa vurmuş təkərlərlə yola çıxmaq təhlükəlidir: "Avtomobilin təkərlərinə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki, qış mövsümü boyu sırf qış təkərlərindən istifadə olunsun. Qış təkərinin belə, protektoru 2 millimetrdən aşağıdır və təkər yiyilibsə, yola çıxmaq doğru deyil. Bu halda həm özünüzü, həm də yol hərəkətinin digər iştirakçılarını təhlükəyə atmış olursunuz. Həmçinin şüşəsilənlərin, komfort üçün qızdırıcı vasitələrin işləməsi vacibdir. Avtomobilin faraları da işlək vəziyyətdə olmalıdır ki, görmə itməsin".
Mütəxəssis xatırladıb ki, Dövlət Yol Polisi də dəfələrlə qarlı havalarda sürmə təcrübəsi olmayanların, avtomobillərində nasazlıqlar olan sürücülərin belə havalarda yola çıxmamalarını tövsiyə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












