Qatarlar Sumqayıt yolundakı tıxacı azalda bilərmi? – Gündəlik 30 min sərnişin daşınır

Paytaxtın tıxac probleminin özü də “tıxac”da qalıb desək yanılmarıq. Bu tıxaclardan biri də hər gün Bakı-Sumqayıt yolunda yaranır. Avtombillərlə yanaşı, ictimai nəqliyyat növlərindən olan avtobus və taksilər də saatlarla yolda gözləməli olur.
Avtosfer.az xəbər verir ki, sərnişinlərin qatarlarla daşınması tıxacın qarşısını almaqda mühüm rol oynayır. Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən Bakı-Sumqayıt qatarı paytaxtda və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edir. Marşrut xətti həmçinin tıxacsız və təhlükəsiz hərəkəti də təmin edir.
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sənubər Nəzərova bildirib ki, qatarla səyahət təhlükəsiz, rahat və əlverişlidir: “Dəmir yolu xətləri ilə sərnişin daşınması dünyada ən təhlükəsiz ictimai nəqliyyat növü hesab olunur. Müasir “Stadler” qatarları elektrik qatarları olduğundan ətraf mühitin dostudur. Belə qatarlar karbon tullantılarının azaldılmasına böyük töhfə verərək dayanıqlı inkişaf prioritetlərinə sadiqliyimizi nümayiş etdirir. ADY qatarları ilə gündəlik 30 mindən çox sərnişin daşınır ki, bu zaman sərnişinlərin daşınması üçün 6 min avtomobil lazımdır".
Qeyd edək ki, bu statistika qatarlar olmasa, yollardakı vəziyyətin daha da qəlizləşəcəyini göz önünə qoyur. Çünki, yollarda daha 6 min avtomobilin olması yollarda sıxlığa, bu da öz növbəsində tıxacların artması ilə nəticələnər.
Sənubər Nəzərova əlavə edib ki, qatarlar geniş və komfortludur: "Sərnişinlər üçün səyahət zamanı oxu layihələri və müxtəlif qurumlarla layihələr həyata keçirilir ki, bu da onların vaxtlarını səmərəli istifadəsi üçün istiqamətlənib. Qatar personalının beynəlxalq standartlara uyğun təlim proqramlarında iştirakı və sərnişinlərlə effektiv kommunikasiya qurulması da üstünlüklərimizdəndir. Xüsusilə həssas qruplarla iş üzrə ADY bir sıra maraqlı layihələr təşkil edir. Həmçinin Bakı Dəmiryolu Vağzalında və digər böyük stansiyalarda fiziki məhdudiyyətli, o cümlədən görmə məhdudiyyəti olan insanlar üçün qatarlardan rahat istifadə etmələri üçün müvafiq işarə və avadanlıqlar quraşdırılıb".
Məhəbbət Tərlanoğlu
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










