Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR - VİDEO

Qaz sayğaclarının oxunması ilə bağlı yenilik tətbiq ediləcək. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Yeni proqram vasitəsilə sayğacların oxunmasında yaşanan çətinliklər aradan qaldırılacaq.
Bu avtomatlaşdırılmış qaz informasiya sistemi ilə mümkün olacaq. Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları açıqlayıb. Qaz sayğaclarının oxunması asanlaşacaq. Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib. Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq. Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...












