Qaz sayğacları nə vaxt sıfırlanacaq? - "Azəriqaz"dan AÇIQLAMA - VİDEO

Sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi abonentlərdə suallar yaradıb.
Hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəriciləri "Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən növbəti ilin yanvar ayının 10-dək sıfırlanır. Bu isə elə bir mənzərə yaradır ki, yanvar ayının 10-dək olan müddətdə sərf olunan qaz öncəki ilin dekabr ayının sərfiyyatına əlavə olunur və illik limiti keçərsə, onda vətəndaş ödənişi daha baha olan qaz tarifi ilə ödəməlidir.
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə bağlıdır.
Eldəniz Vəliyev sayğacların sıfırlanmasının əlavə heç bir ödənişə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, sayğacların illik qaz limiti sıfırlandığı gündən hesablanır. Yəni hər bir abonent bu ilin yanvarın 10-dan növbəti ilin yanvar ayının 10-dək keçən bir il müddətində qoyulmuş limitdən istifadə edir.
"Azəriqaz" rəsmisi limitlərin yeni ilin ilk günü avtomatik silinməsi üçün işlər aparıldığını da vurğulayıb. Bunun üçün sayğaclara müasir avadanlıqlar quraşdırılacaq.
Qeyd edək ki, 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpik təşkil edir. 1200-2500 m3-dək 20 qəpik və 2500 m3-dən çox qaz sərf edənlər üçün isə tarif 25 qəpikdir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










