Qazaxıstandakı vətəndaşlarımızın Azərbaycana təxliyəsi davam edir

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəmizə təxliyə edilib.
Azərbaycanın Aktaudakı Baş Konsulluğundan verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Həsən Əliyev” (7 nəfər), “Merkuri” (46 nəfər), “Professor Gül” (17 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşlarımızın hamısı COVID-19 testindən keçiriliblər.
Qeyd edək ki, iyulun 23-dən bəri Baş Konsulluğun qaynar xətti vasitəsilə qeydiyyatdan keçən vətəndaşlar Aktau limanından Vətənə təxliyə edilirlər.
Bu günədək ümumilikdə 459 vətəndaşımız Aktaudan gəmi vasitəsilə ölkəmizə yola salınıb.
Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşlarımızın qeydiyyatı prosesi davam etdirilir.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












