Qazıntılar nazirliyi hövsələdən çıxardı

Avtosfer.az xəbər verir ki, bəzi şəxslərin və ya tikinti şirkətlərinin avtobus dayanacaqlarına gedən kabel şəbəkəsini zədələməsi müəyyən problemlər yaradır. Bunu trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. O qeyd edib ki, I Avropa Oyunları zamanı nəqliyyat məsələləri üzrə qərargah seçilən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində artıq bir ildən çoxdur ki, hazırlanan tədbirlər planı yekunlaşaraq təsdiq olunub. Onun sözlərinə görə, Oyunlara qədər hər şeyin qaydasında və yüksək səviyyədə olması təmin ediləcək: “Avropa Oyunlarına gələn idmançılar və digər qonaqlar NİİM tərəfindən təyin olunmuş marşrut üzrə yarış keçirilən ünvana rahat şəkildə gedə biləcəklər. Bu zaman yerli sakinlər də əziyyət çəkməyəcəklər. Bunun üçün bütün məsələlər düşünülüb və heç bir yolun bağlanması da olmayacaq”.
Ş.Mehmanqızı qeyd edib ki, hazırda paytaxtın avtobus dayanacaqlarında təmir işləri aparılır. Avropa Oyunlarına qədər oradakı avadanlıqların dəqiq işləməsi tam təmin ediləcək. Lakin bu istiqamətdə bəzi problemlər var: “Dayanacaqlarda vətəndaşlar üçün quraşdırılmış avadanlıqların özü və onların işləməsinin təmin edilməsi çox baha başa gəlir. Oraya gedən kabelləri nə qədər düzəldiriksə, kimsə mütləq gəlib ya oranı qazır, ya da kabellərin keçdiyi ərazidə bina tikir. Bu zaman isə kabellər zədələnir, nəqliyyatı intellektual idarəetmə sisteminə ziyan vurulur. Buna baxmayaraq, bu problemlərin hamısı kompleks şəkildə aradan qaldırılacaq”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












