“Qazprom”: Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunacaq

Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.
Bu barədə “Qazprom Export” məlumat yayıb.
“Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara tədarük ediləcək. Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”, - deyə Rusiya təchizatçısı qeyd edir.
“Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək Gürcüstanla sərhədədək istehlakçılara tədarük ediləcəyi nəzərdə tutulur. İş təxminən üç həftə çəkə bilər. İş tamamlandıqdan sonra qaz Rusiya Federasiyası və Gürcüstan sərhədi üzərindən əvvəlki nmarşrutla nəql ediləcək”, - deyə əlavə edilir.
2020-ci ildə “Qazprom” Ermənistana 2,2 milyard kubmetr qaz verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












