Qəbələdə tullantılar meşəyə atılıb - AÇIQLAMA

Qəbələdə meşə ərazisi natəmiz vəziyyətdədir.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində tullantılar çay kənarına atılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə ETSN-ə daxil olan şikayət yerində araşdırılıb:
“Araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.
“Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir”, - deyə o qeyd edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












