Qənirə Paşayeva qazi zabitimiz və onun xanımı ilə görüşdü - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, leytenant Abbas Yusifov və onun xanımı ilə görüşüb. Qazi zabiti düşmən üzərində tarixi zəfər və bugünlərdə ailə həyatı qurması münasibəti ilə ürəkdən təbrik edən Q.Paşayeva, ona möhkəm can sağlığı, ilk günlərini yaşadığımız yeni ildə yeni uğurlar diləyib: “Siz uşaqlıqdan hərb sənətinə maraq göstərmisiz. Ermənistanın vəhşiliyini, müharibə kadrlarını yalnız televiziyalarda görməmiş, eləcə də, doğulduğunuz Qazax rayonunda baş verən atışmalarda da biləvasitə şahidi olmusuz.
Siz Vətən Müharibəsində Tərtərdə, Suqovuşanda döyüşmüsüz, sentyabrın 30-da isə düşmənin basdırdığı minaya düşərək ayağınızdan ağır xəsarət almısız. Sizin “Biz döyüşlərə canımızı verməyə getmişdik, amma Vətən ayağımızı aldı” sözləriniz məşhurdur.
Cənab Prezident Sizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Siz müharibə dövründə nişanlı idiz. Artıq öz vəfalı nişanlınızla ailə həyatı qurmusuz.
Sizi bir daha təbrik edir, gözəl xanımınızla birgə xoşbəxtlik arzulaylram”!
Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib.
Qazi və onun xanımı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI















