Qeyri Hökumət Təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib

Bütün digər beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə Qeyri Hökumət Təşkilatları (QHT) müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhalisi bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan bir həlak olmuş və yaralanmışdır. Mülki vətəndaşların əmlaklarına və mülklərinə ciddi ziyan dəymişdir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin heç kimdən gizlətmədən uzun müdddət hazırlaşdığı və Azərbaycana qarşı bu gün başlatdığı hücum hazırda bütün cəbhə boyu davam edir. Azərbaycanın Ermənistan tərəfini insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı təkidli çağırışlarına baxmayaraq işğalçı ölkə öz çirkin əməllərindən əl çəkmir və beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqda davam edir.
Sentyabrın 27-də isə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirməklə bir daha dünyaya meydan oxumağa başladı. Ermənistan beynəlxalq humanitar hüququn, həmçinin insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirir və terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirir.
Azərbaycan hər zaman mənfur işğalçıların təxribatları ilə üz-üzə qalıb. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur.
Buna görə də, biz, bu bəyanata imza atan Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.
Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.
502 QHT-nin imzası ilə təsdiq olunub”.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












