Qeyri-iş günlərində hava məlumatı

Qarşıdan gələn qeyri-iş günlərində ölkə ərazisində qeyri-sabit hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, noyabrın 8-i Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Səhər zəif duman gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur, mülayim cənub küləyi əsəcək. Noyabrın 9-u və 10-u da da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Noyabrın 9-u gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Noyabrın 10-da isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu axşam saatlarında 4-7, gündüz 13-17 dərəcə olacaq. Rayonlarda şəhbə günü əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlıq ərazilərdə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq. Noyabrın 9-u və 10-u da hava əsasən yağmursuz olsa da, gecə və səhər bəzi yerlərdə duman olacaq. Aran rayonlarında gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxta, 3 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












