Qəza törətdiyi iddia edilən müavin piyadaları günahlandırdı

Gündəm 8 İyun 2014 01:39 Oxunub 1601
Qəza törətdiyi iddia edilən müavin piyadaları günahlandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yavər Allahverdiyev: «Xalid Cəbrayılov və Zəfər Xəlilovun söylədikləri böhtandır»

Bu ilin mayın 11-də Səbail rayon ərazisində üç piyadanın vurulması ilə nəticələnən yol qəzası zamanı yaralanan piyadalardan ikisi Xalid Cəbrayılov və Zəfər Xəlilov mətbuata açıqlama verərək bildiriblər ki, hadisə zamanı onları vuran avtomobili Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev idarə edirmiş və hadisəni də məhz Y.Allahverdiyev törədib. Xalid Cəbrayılov və Zəfər Xəlilov  bildiriblər ki, hadisədən sonra Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib ki, bu da çox cüzi olub. Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam etdirirlər. Xəsarət alan Xalid Cəbrayılov hadisə barədə bunları deyib: “Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də basmadı. Mən özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər”.

Avtosfer.az-ın xəbərinə görə, hər iki şəxsin açıqlaması ilə bağlı vətəninfo.az-a danışan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev bildirib ki, o hər iki şəxsin açıqlaması ilə tanışdır. “Artıq vəkillərim verilən açıqlamanı əldə ediblər. Baş verən hadisə zamanı orda olmadığımla yanaşı, hadisə ilə hər hansı əlaqəmin olmadığına baxmayaraq  Xalid Cəbrayılov və Zəfər Xəlilovun mənim haqqımda  KİV-nə belə açıqlamar verməklə, içtimai-siyasi nüfuzuma ləkə gətirməklə yanaşı, bir vətəndaş olaraq da məni şər və böhtana məruz qoyublar. Ona görə də , hər iki şəxsin bu hərəkətləri ilə əlaqədər məhkəmə qaydasında hüquqlarımı müdafiə edəcəm və hər iki şəxs haqqında bu şər və böhtanlarını sübuta yetirmələri üçün Cinayət Məcəlləsinin 147.2-ci bəndi ilə məhkəmədə vəkillərim vasistəsi ilə iddia qaldıracam. Doğrudan da mənim hansısa baş verən hadisədə iştirakım sübut edilərsə mən qanun qarşısında cavab verməyə hazıram.Amma əks təqdirdə Xalid Cəbrayılov və Zəfər Xəlilov məhkəmə qarşısında cavab verməli olacaqlar».

Yavər Allahverdiyevin sözlərinə görə, hadisə baş verən ərazidə müşahidə kaneraları mövcuddur ki, həmin müşahidə kameraları hüquq-mühafizə orqanları tərəfindən tədqiq edilib və müşahidə kameralarında da avtomobili idarə edən şəxsin mən olmadığım və ümumiyyətlə hadisəni törədən avtomobildə olmadığım açıq-aşkar görünməkdədir. Bu da hadisənin  mənim tərəfimdən törədildiyi ilə bağlı səsləndirilən iddiaları alt-üst eləmiş oldu.

Yavər Allahverdiyev Xalid Cəbrayılov və Zəfər Xəlilovun mətbuata hadisədən sonra onların xəstəxana xərclərinin onun tərəfindən ödənildiyi ilə bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, o nə hadisə günü, nə də hadisədən sonra Xalid Cəbrayılov və Zəfər Xəlilovun xəstəxana xərclərini ödəməyib. “Çox qəribədir ki, hadisə də yaralanana şəxslərin xəstəxana xərclərin nəyə görə ödəməli idim. Əgər bunlar iddia edirlər ki, onların yerləşdirildikləri xəstəxananın xərclərin mən ödəmişəm. Buyurub həmin xəstəxananın girişində, daxilində mövcud olan müşahidə kameralarını araşdırın. Mən hər iki şəxsin xəstəxana xərclərin ödəməmişəm. Qəribədir , iştirakçısı olmadığım, yaxud mənim törətmədiyim bir qəzada xəsarət alan şəxslərin xəstəxana xərclərin mən nəyə görə ödəməli idim?! Bunlar tamamilə yalan və iftiradır”.

Qeyd edək ki, Səbail rayonu, Salyan şosesində bir nəfərin ölümü, iki nəfərin xəsarət almasına səbəb olan «Hyundai» markalı avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail Rayon İcra Hakimiyyətinə məxsis “QAZ 3110” avtomobilinə aiddir. Avtosfer.az saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində (MMX) 10 AS 509 dövlət nömrə nişanı ilə bağlı axtarış aparıldıqda «QAZ-3110» markalı nəqliyyat vasitəsi üzə çıxır. Yəni, həmin nömrə rəsmi olaraq «QAZ-31»ə aiddir. Lakin icra hakimiyyətində qanunsuz olaraq həmin nömrəni «Hyundai» markalı avtomobilə bağlayıblar. Bu o deməkdir ki, Səbail rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən və yüksək sürətlə hərəkətdə olarkən 3 piyadanı vuran "Hyundai" markalı avtomobilin üzərindəki nömrə saxtadır.



Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh