Qəza: xanım ekspeditor yaralandı - VİDEO

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı “Ford” markalı yük maşını eyni istiqamətdə hərəkət edən “Hyundai” markalı avtomobilə arxadan çırpılıb. İlkin məlumata görə, qəzadan əvvəl “Hyundai” yanacaqdoldurma məntəqəsinə girirmiş. Bu vaxt nobel prospekti ilə yüksək sürətlə hərəkət edən “Ford” onu arxadan vurub. Sonra hər iki avtomobil yanacaqdoldurma məntəqəsinin girişinin yaxınlığındakı işıq dirəyinə çırpılıb. Nəticədə isə işıq dirəyi sıradan çıxaraq aşıb. Qəza nəticəsində ət məhsullarının satışı ilə məşğul olan şirkətlərdən birinə məxsus yük avtomobilindəki sərnişin, şirkətin ekspeditoru Pərvin Məlikova xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Qeyd edək ki, Pərvin Məlikova həm də qəzanı törədən yük mahının sürücüsü Sənan Murğuzovun həyat yoldaşıdır. Qəzadan sonra hadisə yerində Xətai rayon polis idarəsinini əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hadisənin səbəbləri isə bu araşdırmalardan sonra məlum olacaq.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












